Bizim kurs haqqında

Kursumuzun web səhifəsinə XOŞGƏLMİSİNİZ!

Elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir ki, ölkəmizdə də təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən, təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması xüsusilə diqqətəlayiqdir. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Qəbul оlunmuş yeni Təhsil Qanunu və оna uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir.Muxtar Respublikamızda 6 tədris ili ərzində fəaliyyət göstərən “İstedad–XXI əsr” kursları da yüksək ballı abituriyentlərin hazırlanmasında, müxtəlif xarici dillərin tədrisində, məktəbəqədər və ibtidai sinif şagirdlərində zəkanın inkişafında gənclərə uğurla xidmət göstərir.“İstedad-XXI əsr” hazırlıq kursları Naxçıvan Muxtar Respublikasında 2014-2015-ci tədris ilindən etibarən fəaliyyətə başlamışdır. Yarandığı müddətdən bu günə qədər fəaliyyətində müasir təlim modeli və tədris üsulu, yüksək intellektə malik bacarıqlı müəllim heyətinin fəaliyyəti nəticəsində məzunlarımızın hər il yüksək göstəricilər əldə etməsi ilə kursumuz Azərbaycan təhsilinə öz töhfələrini verməyə çalışır. Kursun əsas vəzifəsi şagirdlərin dünyagörüşünü inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, ölkəmizin inkişafı naminə fədakarlıqla çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir. Kurs öz fəaliyyətində "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prinsipləri əsas tutur. Kurs təlim-tərbiyə prosesinin təşkilini, tədris materiallarının keyfiyyətlə mənimsənilməsini, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsini əsas fəaliyyət istiqaməti kimi müəyyən etmişdir. Hazırda İstedad kurslarında abituriyent hazırlığı, müxtəlif xarici dil kursları (ingilis, rus, alman, fransız), zəka kursları, məktəbəqədər hazırlıq kursları, ibtidai sinif hazırlığı, məntiq kursları, İstedad kids, mental-aritmetika, magistraturaya hazırlaşmaq istəyənlər və sairə sahələr üzrə hazırlaşanlar üçün müasir tədris metoduna uyğun təhsil imkanları yaradılmışdır. Kursumuzda tədris Azərbaycan Respubliksası Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin proqramlarına əsasən və həmin qurumların dərs vəsaitləri və test toplularından istifadə etməklə həyata keçirilir. Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün qrup və fərdi şəkildə dərslər təşkil olunur ki, burada iştirak edən dinləyicilərə seçdikləri ixtisas bloklarına uyğun olaraq testologiya prinsipləri də nəzərə alınmaqla mövzular dərindən öyrədilir. Dərs müddətində dinləyicilərin çətinlik çəkdiyi mövzular əlavə dərslər salınmaqla həyata keçirilir. Eyni zamanda yay tətili dövründə də kursda tədris proqramına uyğun olaraq yay məktəbləri təşkil olunur ki, həm şagirdlərə yeni biliklər aşılanır, asudə vaxtları səmərəli təşkil olunur həm də Zəka təlimlərinə və fənlərə dair bilik yarışmalarına geniş yer ayrılır. Bununla da bizə müraciət edən dinləyicilərin yay tətili müddətini səmərəli təşkilinin və onların zərərli vərdişlərə yiyələnməmələrinin qarşısını almağa çalışırıq. Tədris prosesində müasir texnologiyalardan istifadə məqsədilə elektron lövhələr də qurulmuşdur. Bu müasir yeniliklər mütəmadi olaraq dərslərdə tətbiq olunur. Pedaqoji kollektiv üzvləri öz fəaliyyətlərində müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır, şagirdlərin dünyagörüşünü inkişaf etdirən, bilikləri sərbəst əldə etmək vərdişləri yaradan, axtarıcılığı istiqamətləndirən fəal təlim metodlarından, qeyri-ənənəvi tədris forma və üsullarından geniş istifadə edirlər. Kursda yüksək ixtisaslı, öz işini sevən, daim yaradıcı fəaliyyət göstərən peşəkar müəllim kollektivi fəaliyyət göstərir ki, bu da kursun tədrisində ilbəil daha böyük uğurlar qazanmasına xidmət edir. Kursda təhsil alan şagirdlərimizin bilik və bacarıqlarının öyrənilməsi və inkişaf etdirilməsi, testologiya vərdişlərinin aşılanması üçün aylıq sınaq imtahanları təşkil edir. Bu sınaq imtahanları 5-11-ci sinifləri əhatə edir. Sınaq imtahanlarının nəticələri www.istedad21.edu.az ünvanı vasitəsilə onlayın şəkildə hər bir şagirdə fərdi iş nömrəsi vasitəsilə çatdırılır. Sınaq-test imtahanlarının keçirilməsi zamanı qəbul edilən bütün yeniliklər operativ olaraq tədbiq olunur.Fəaliyyətə başladığımız 2014-2015-ci il ilk tədris ilindən etibarən qəbul nəticələrimiz 99 və 100 faiz olub. Kursumuzun 6 illik fəaliyyəti dövründə 81 nəfər məzunumuz 600 baldan yuxarı, 236 nəfər məzunumuz 500 baldan yuxarı, 440 nəfər məzunumuz 400 baldan yuxarı nəticə göstərib, 8 nəfər məzunumuz Prezident təqaüdünə layiq görülüb.Hazırda yüksək nəticə göstərərək qabaqcıl universitetlərdə təhsil alan məzunlarımız kursumuz tərəfindən aylıq tələbə təqaüdü ilə də təmin olunurlar ki, bu da onların Ali təhsil müəssisələrində də uğurla təhsil almalarına stimul verir.Müasir Təhsil strategiyasında təfəkkür yönümlü metodun üstünlüyünu nəzərə alaraq Kursumuzda "Zəka təlimləri" nin tədrisi üçün imkanlar yaradılmışdır ki, burada şagirdlərimizə şahmat oyunu və onun sirləri, məntiqi dünyagörüşün formalaşdırılması, beyin yarımkürələrinin paralel inkişafı, sürətli və dəqiq şəkildə hesablama bacarıqları, sürətli oxuma, qavrama fəaliyyətinin gücləndirilməsi, özünəinamın artırılması, təfəkkürün inkişafı kimi proqramlar öyrədilir. 3 ay, 5 ay, 6 ay şəklində təşkil olunan kurslarda 5-14 yaş arası bütün uşaqlar iştirak edə bilər. Kursda eyni zamanda xarici dillər üzrə hazırlıqlar da təşkil olunur ki, burada həm xarici dillər üzrə qramatik biliklər öyrədilir, həm də danışıq qrupları təşkil olunur. Kursumuzda ingilis dili, fransız dili, alman dili, rus dili kursları təşkil olunur. Xarici dillər üzrə kurslar 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.Naxçıvanda ilk dəfə olaraq 4-10 yaş qrupu üzrə 10 ay müddətində dinləmə və izləmə ağırlıqlı ingilis və rus dili tədrisinin qeydiyyatı da İstedad kurslarında aparılır. “İstedad kidsi” digər ənənvi kurslardan fərqləndirən başlıca xüsusiyyətlər dərslərin hər bir mövzuya uyğun olaraq hazırlanan audio və video vəsaitlər, interaktiv oyunlar, yerli ekskursiyalar, ingilis və rus dilində səhnəciklərdir ki, buda uşaqların xarici dilləri öz ana dili kimi öyrənməsinə gətirib çıxarır. Dərslər Cambridge Universitetinin “Kids preschool” proqramını tədris etmiş və beynəlxalq sertifikatlara malik peşəkar müəllimlər tərəfindən aparılır. Qeydiyyat zamanı hər bir şagirdə xas psixoloji və zehni sorğular tərtib edilir və yalnız bu sorğudan keşmiş şagirdlər kursda təhsil hüququna malik olurlar.Bununla əlaqədar kursumuzda fənn metod birləşmələr öz ixtisaslarına uyğun olaraq vəsait və test toplularının hazırlanması da diqqətdə saxlanılır.

Xidmətlərimiz

Abituriyent hazırlığı

Daha ətraflı

Danışıq kursları

Daha ətraflı

Məktəbəqədər hazırlıq

Daha ətraflı

Logoped

Daha ətraflı

Zəka təlimləri

Daha ətraflı

Müəllimlərin işə qəbul imtahanına hazırlıq

Daha ətraflı