Geniş məlumat!

Kursumuzda tədris Azərbaycan Respubliksası Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin proqramlarına əsasən və həmin qurumların dərs vəsaitləri və test toplularından istifadə etməklə həyata keçirilir. Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün qrup və fərdi şəkildə dərslər təşkil olunur ki, burada iştirak edən dinləyicilərə seçdikləri ixtisas qruplarına uyğun olaraq testologiya prinsipləri də nəzərə alınmaqla mövzular dərindən öyrədilir. Dərs müddətində dinləyicilərin çətinlik çəkdiyi mövzular əlavə dərslər salınmaqla həyata keçirilir. Eyni zamanda yay tətili dövründə də kursda tədris proqramına uyğun olaraq yay məktəbləri təşkil olunur ki, həm şagirdlərə yeni biliklər aşılanır, asudə vaxtları səmərəli təşkil olunur həm də Zəka təlimlərinə və fənlərə dair bilik yarışmalarına geniş yer ayrılır. Bununla da bizə müraciət edən dinləyicilərin yay tətili müddətini səmərəli təşkilinin və onların zərərli vərdişlərə yiyələnməmələrinin qarşısını almağa çalışırıq. Tədris prosesində müasir texnologiyalardan istifadə məqsədilə elektron lövhələr də qurulmuşdur. Bu müasir yeniliklər mütəmadi olaraq dərslərdə tətbiq olunur. Pedaqoji kollektiv üzvləri öz fəaliyyətlərində müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır, şagirdlərin dünyagörüşünü inkişaf etdirən, bilikləri sərbəst əldə etmək vərdişləri yaradan, axtarıcılığı istiqamətləndirən fəal təlim metodlarından, qeyri-ənənəvi tədris forma və üsullarından geniş istifadə edirlər. 5,6,7,8,9,10,11-ci sinif şagirdləri və məzunlar üçün nəzərdə tutulan abituriyent hazırlığı mövcüddur. Dərslər yeni təhsil sənədləri (Kurikulum) əsasında hazırlanmış proqramlar əsında keçirilir

Kursumuzda tədris

Artıq 7 ildir ki, fəaliyyət göstərən İstedad Kursları abituriyent istiqaməti üzrə mühüm uğurlara imza atmış, daim yüksək nəticələri ilə seçilmişdir. Bu gün kursumuzda şagirdlərin dərsləri keçməsi üçün ayrılan sinif otaqlarımız tədris üçün lazım olan bütün imkanlara malikdir. Kursumuzda həmçinin elektron lövhələr də qurulmuşdur.

9-10-11-ci siniflər üçün Azərbaycan bölməsi üzrə Buraxılış və blok şəklində qruplar təşkil edilir.

Bizi seçməklə

1. Tədris ili ərzində ümumilikdə 5 MQT (Blok üzrə mövzu qiymətləndirmə testi), 5 BMQT (Buraxılış mövzu qiymətləndirmə testi), 5 aşağı siniflər üzrə imtahanlar keçirilir ki, burda biliyinizi qiymətləndirəcəksiniz. Bunula yanaşı həftəlik fənlər üzrə DQT-lər (daxili qiymətləndirmə testi) keçirilir.

2. Şagirdlərimizin siniflər üzrə dərs yükləri aşağıdakı kimidir:
   1. IX-XI siniflər – həftədə 4 dəfə olmaqla 20 saat + əlavələr
   2. Buraxılış – həftədə 3 dəfə olmaqla 15 saat + əlavələr
   3. VIII siniflər- həftədə 3 dəfə olmaqla 9 saat
   4. VII siniflər həftədə 3 dəfə olmaqla 9 saat
   5. VI siniflər həftədə 3 dəfə olmaqla 9 saat
   6. V siniflər həftədə 3 dəfə olmaqla 9 saat
   7. I-IV siniflər – həftədə 4 dəfə olmaqla 8 saat

Qeyd: 1 dərs saatı 45 dəqiqə davam edir.

Hər il aprel-may aylarında kursumuza qəbul imtahanı keçirilir ki, bu imtahanlarda nəticələri yüksək olan tələbələr onlar üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən yararlana bilər.

Qəbul imtahanında keçirilən ballara görə güzəşt faizlərimiz.

680 – 700 – 100%
650 – 679 – 50%
600 – 649 – 25%

Bunula yanaşı sinif və qrub üzrə 1,2,3-cü yerləri tutan şagirdlər müvafiq olaraq il ərzində 50,30,20% güzəştli təhsil alırlar.

May və iyun ayları ərzində qeydiyyatdan keçən bütün şagirdlərə təhsil haqqında 15% güzəşt tədbiq edilir.

Hər ay keçirilən daxili sınaq imtahanlarının nəticələrinə görə də kursumuzda güzəştli təhsil almaq mümkündür!