Geniş məlumat!

Naxçıvanda ilk dəfə olaraq 4-10 yaş qrupu üzrə həftənin iki günü 10 ay müddətində dinləmə və izləmə ağırlıqlı ingilis və rus dili tədrisinin qeydiyyatı da İstedad kurslarında aparılır. “İstedad kidsi” digər ənənvi kurslardan fərqləndirən başlıca xüsusiyyətlər dərslərin hər bir mövzuya uyğun olaraq hazırlanan audio və video vəsaitlər, interaktiv oyunlar, yerli ekskursiyalar, ingilis və rus dilində səhnəciklərdir ki, buda uşaqların xarici dilləri öz ana dili kimi öyrənməsinə gətirib çıxarır. Dərslər Cambridge Universitetinin “Kids preschool” proqramını tədris etmiş və beynəlxalq sertifikatlara malik peşəkar müəllimlər tərəfindən aparılır. Proqramı 5 ay müddətində mənimsəmiş hər bir şagird səviyyə imtahanına buraxılır və minimum 70 bal toplamış şagirdlər qənaətbəxş hesab olunaraq növbəti proqramlara keçid hüququ əldə edirlər. Qeydiyyat zamanı hər bir şagirdə xas psixoloji və zehni sorğular tərtib edilir və yalnız bu sorğudan keşmiş şagirdlər kursda təhsil hüququna malik olurlar.